ABŞ-da bir neçə ştatda fövqəladə vəziyyət elan edilib

11-09-2018, 10:19
Oxunub: 130
Güclü küləyin sürətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır


ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, ABŞ liderinin qərarı yaxınlaşan "Florens" qasırğası ilə əlaqədardır.

Bildirilir ki, Cənubi Karolinada artıq əhalinin təxliyəsi başlayıb, 1 milyona yaxın sakinin təxliyəsi nəzərdə tutulur.

Qeyd edək ki, artıq dünən"Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin sürətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti