Sabirabadda yol tikintisinə 15,1 milyon manat ayrılıb

11-09-2018, 18:11
Oxunub: 65
Prezident sərəncam imzalayıb


Prezident İlham Əliyev Sabirabad rayonunun Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Etatist.com-un məlumatına görə, iyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti