Bakıda uşaq bağçasında yanğın baş verib

11-09-2018, 19:26
Oxunub: 34
Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub


Bakıda uşaq bağçasında yanğın olub. 

Etatist.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə şəhərin Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 430 m2 olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti