ABŞ-ın üç ştatında bir milyondan çox sakin təxliyyə olunur

11-09-2018, 17:35
Oxunub: 68
Səbəb bölgəyə yaxınlaşan Florens qasırğasıdır


ABŞ-ın cənub-şərqindəki Virciniya, Şimali Karolina, Cənubi Karolina ştatlarında bir milyondan çox sakin təcili təxliyyə olunmalıdır.

Report-un CNN-ə istinadən verdiyi xəbərə görə, səbəb bölgəyə yaxınlaşan Florens qasırğasıdır. Belə ki, bölgədə dövlət müəssisə və idarələri, məktəblər, xəstəxanalar müvəqqəti olaraq bağlanır, Milli Qvardiya bölmələri hazırlıq vəziyyətinə gətirilib. Fövqəladə hazırlıqlar Mərilənd ştatında da həyata keçirilir. 

Bölgənin yanacaq doldurma məntəqələrində uzun növbələr müşahidə olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti