Nostrifikasiya ilə bağlı sənəd qəbuluna başlanılıb

11-09-2018, 12:55
Oxunub: 59
Nostrifikasiya prosedurunda yeniliklər və dəyişikliklər həyata keçirilib


Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılıb.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədi ilə dəyişikliklər həyata keçirilib. 

Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Bununla yanaşı, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir.

Vətəndaşların diqqətinə çatdırırıq ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.azinternet səhifəsi vasitəsilə əldə etmək mümkündür.

Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti