Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb

11-09-2018, 15:31
Oxunub: 28
Qəza nəticəsində 50 nəfər ölüb


Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb. 

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də səhər saatlarında Telinqan ştatının Caqtyal dairəsində qeydə alınıb. 

Qəza nəticəsində 50 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Ölənlər arasında uşaqlar da var. Yarlılar xəstəxanaya yerləşdirilib.

Zəvvarlar dağ aşırımından keçərək məşhur Kondaqattu ziyarətgahına gedirmiş. Polis qəzanın baş verməsinin səbəblərindən biri kimi avtobusun əyləcinin nasaz olmasını göstərir. 

Qeyd edək ki, qəza Hindistan üzrə son bir neçə ildə qeydə alınan ən böyük yol-nəqliyyat hadisəsi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti