11 sentyabr hadisəsindən 17 il ötür

11-09-2018, 14:50
Oxunub: 175
Bu terror ABŞ-ın xarici siyasətinin dönüm nöqtəsi oldu


Bu gün ABŞ-da 11 sentyabr 2001-ci il terror qurbanları yad olunur.

Etatist.com xəbər verir ki, 17 il əvvəl Əl-Qaidənin terrorçu-kamikadzeləri ələ keçirdikləri təyyarə ilə Nyu-yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə, Vaşinqtonda Pentaqonun binasına çırpılıblar. Üçüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb. Üçüncü təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilmişdi. Terror aksiyaları zamanı 3 min nəfər həyatını itirib, 6 mindən çox insan yaralanıb. Bu terror ABŞ-ın xarici siyasətinin dönüm nöqtəsi oldu.

Bu terrordan sonra ABŞ Əfqanıstanda terrora qarşı mübarizəyə başladı. İki il sonra - 2003-cü ildə o İraqda kütləvi qırğın silahlarının olması xəbəri yayıldı və ABŞ İraqda müharibəyə başladı. Səddam Hüseyin tutuldu və edam edildi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti