ABŞ-ın üç ştatında fövqəladə vəziyyət elan olunub

10-09-2018, 17:31
Oxunub: 166
"Florens"in ABŞ sahillərinə sentyabrın 13-də yaxınlaşacağı gözlənilir


Florens" qasırğası ABŞ-ın cənub-şərq sahillərinə doğru hərəkət edir.

Report TASS-a istinadən xəbər verir ki, qasırğa gücünü artıraraq Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.

ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatına görə, hazırda qasırğanın episentri Cənubi Antil adalarından 860 km şimal-şərqdə yerləşir. Küləyin sürəti saatda 165 km-ə çatır. "Florens"in ABŞ sahillərinə sentyabrın 13-də yaxınlaşacağı gözlənilir.

"Florens"in hərəkəti istiqamətində olan üç ştatda - Virciniya, Şimali və Cənubi Karolinada fövqəladə vəziyyət tətbiq edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti