“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir

10-09-2018, 13:59
Oxunub: 279
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir


“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti