Paşinyan Fransaya səfər edəcək

7-09-2018, 15:18
Oxunub: 321
Nikol Paşinyanın Fransa Prezidenti Emanuel Makronla görüşü keçiriləcək


Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də Fransaya səfər edəcək.

Report-un Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Erməni Cəmiyyətləri Əlaqələndirmə Şurasının həmsədri Murad Papazyan bildirib. 

Onun sözlərinə görə, həmin gün Nikol Paşinyanın Fransa Prezidenti Emanuel Makronla görüşü keçiriləcək.

Daha sonra qonaq Fransanın erməni diasporu nüməyəndələri ilə görüşəcək. Bu görüşdə Ermənistanın daxili məsələləri, habelə Fransada yaşayan ermənilərlə bağlı məsələlər müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti