“Amazon”un bazar dəyəri 1 trln. dolları keçib

5-09-2018, 15:47
Oxunub: 260
“Amazon” dünyada bazar dəyəri 1 trln. dolları keçən 3-cü şirkətdir


ABŞ-ın və dünyanın onlayn satış nəhəngi - "Amazon" şirkətinin bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib. 

Report xarici mətbuata istinadən xəbər verir ki, bu, onun 1 səhminin qiymətinin 2 050,5 dollara çatması nəticəsində məlum olub. 

Daha sonra qiymət 2 036 dollara düşüb. 

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında “Amazon”un bazar dəyəri 470 mlrd. dollar olub. Beləliklə, il ərzində şirkət 2 dəfədən çox bahalaşıb. 

Qeyd edək ki, “Amazon” dünyada bazar dəyəri 1 trln. dolları keçən 3-cü şirkətdir. ABŞ-ın “Apple” korporasiyası buna ötən ayın əvvəlində nail ola bilib. Çinin “PetroChina” şirkəti isə 2007-ci ildə bir neçə saatlıq müddətə 1 trln. dollardan baha olub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti