Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayrılıb

4-09-2018, 18:18
Oxunub: 259
4,8 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb


Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Etatist.com xəbər verir ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti