Yaponiyanın XİN başçısı Azərbaycana səfər edəcək

2-09-2018, 23:18
Oxunub: 244
Taro Kono sentyabrın 5-də Azərbaycana gələcək


Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti