MN və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə tədbir keçirib

31-08-2018, 16:49
Oxunub: 133
C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb


 Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi dəyərlərin təbliği fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.

Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi islam və xarici təsirlər”, “Dini radikalizm və islam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti