Yaponiya XİN başçısı Azərbaycana səfər edəcək

31-08-2018, 15:55
Oxunub: 257
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək


Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Bunu Report-un sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti