Rusiya, İran və Türkiyə prezidentləri Tehranda görüşəcək

31-08-2018, 15:37
Oxunub: 191
"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq"


Kreml sentyabrın 7-də Tehranda baş tutacaq Rusiya, Türkiyə və İran prezidentlərinin sammitinin keçirilməsinə hazırlıqlarını təsdiqləyib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl üçtərəfli sammitin İranın başqa şəhərində - Təbrizdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.

"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq. Odur ki, üçtərəfli görüş məhz Tehranda hazırlanır", - D.Peskov əlavə edib.

O həmçinin Türkiyə tərəfinin sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ayrılıqda görüş keçirəcəyi ilə bağlı məlumatını təsdiqləyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti