Tramp CNN rəhbərinin vəzifədən uzaqlaşdırılmasına çağırıb

30-08-2018, 18:03
Oxunub: 88
"Telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir"


ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb.

Report xəbər verir ki, D.Tramp bu barədə "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

Dövlət başçısı telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəzli mövqeyi səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti