Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşəcək

29-08-2018, 12:03
Oxunub: 184
Ramin Quluzadə Naftalan şəhərində bu regiondan olan vətəndaşları qəbul edəcək


Avqustun 31-i saat 10:00-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində bu regiondan olan vətəndaşları qəbul edəcək.

Bu barədə Etatist.com-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda Naftalan, Gəncə şəhərlərinin, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinləri onlara göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, eləcə də, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti