Sakit okeanda 7 maqnitudalı zəlzələ baş verib

29-08-2018, 10:17
Oxunub: 187
Zəlzələnin episentri Hanter adasından 212 km qərbdə yerləşib


Sakit okeanda Yeni Kaledoniya sahillərində 7.0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla 3:51-də (7:51) qeydə alınıb.

Zəlzələnin episentri Hanter adasından 212 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti