Hindistandan orbitə yaxın altı ayda 19 kosmik raket buraxıla bilər

28-08-2018, 15:06
Oxunub: 245
Peyklər yer səthinin və okeanların dərindən araşdırılması məqsədilə buraxılır


Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yaxın altı ayda 19 kosmik raket buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, təşkilat ilk uçuşunu sentyabr ayına nəzərdə tutub. Yaxın üç il ərzində Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı xarici ölkələrin peykləri də daxil olmaqla ümumilikdə orbitə 50 peyk buraxmağı planlaşdırır.
 
Peyklər yer səthinin və okeanların dərindən araşdırılması məqsədilə buraxılır.

Qeyd edək ki, Hindistan 1947-ci ildən müstəqillik əldə olunandan dərhal sonra öz kosmik tətqiqatlarına başlayıb. Təşkilat hökumət tərəfindən idarə olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti