İsmayıllıda uşaq bağçasının tikintisinə 1,5 milyon manat ayrılıb

27-08-2018, 17:34
Oxunub: 353
Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb


 Prezident İlham Əliyev avqustun 27-də İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Etatist.com-un məlumatına görə, sərəncamla İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti