Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq müzakirə olunacaq

21-08-2018, 19:31
Oxunub: 281
Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq


Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti