"Aİ "Brexit" üzrə razılığın əldə oluna bilməyəcəyi ssenariyə hazır olmalıdır"

21-08-2018, 23:27
Oxunub: 163
"Biz razılaşmasız "Brexit" istəmirik, lakin buna hazır olmalıyıq"


Avropa İttifaqı (Aİ) Brüssel və Londonun Böyük Britaniyanın birliyin tərkibindən çıxması ilə bağlı razılıq əldə edə bilməyəcəkləri ssenariyə hazır olmalıdır.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin əsas elçisi Mişel Barnye Brüsseldə mətbuat konfransı zamanı bildirib.

M.Barnye deyib: "Danışıqlar final mərhələyə yaxınlaşır. Tərəflər razılıq əldə etmək niyyətindədirlər, lakin razılığın əldə oluna bilməyəcəyi ssenariyə də hazır olmaq lazımdır. Biz razılaşmasız "Brexit" istəmirik, lakin buna hazır olmalıyıq. Razılıq noyabrdan gec olmayaraq əldə olunmalıdır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti