Suriyada döyüşən azərbaycanlının videosu yayıldı

30-05-2013, 20:04
Oxunub: 3092


Suriyada döyüşən azərbaycanlılardan birinin yeni video görüntüsü yayılıb.

 

Etatist.com-un APA-ya istinadən məlumatına görə, "YouTube” şəbəkəsində mayın 26-da yerləşdirilmiş videoda maskada olan şəxs Azərbaycan dilində çıxış edərək könüllüləri "Suriyada cihada” çağırır. Video görüntüdəki şəxsin yanında RPQ tipli əl qumbaraatanı və "Strela” portativ zenit-raket kompleksi diqqət cəlb edir.


"Ceyş əl-Ənsar Mühacirun” silahlı qrupu adından çıxış etdiyini açıqlayan maskalı şəxs Şam torpaqlarında gedən cihadı azərbaycanlı və türk qardaşlarına çatdırmaq niyyəti daşıdığını bildirib.

Çıxış edən şəxs "Ceyş əl-Ənsar Mühacirun” silahlı qrupunun Ömər Şişəni, Əbu Yəhya Azəri və Əbu Cihad adlı rəhbər şəxslərinin adını açıqlayıb. Suriyada şəriət dövləti qurmaq istədiklərini deyən şəxs "möminləri müqəddəs Şam torpaqlarında cihad etməyə” çağırıb.

Çıxışda işlədilən ifadələrdən çağırış edən şəxsin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.


Şərhlər : 3 Şərh yaz
gunel 30 may 2013 20:16  
Allah vehabilere lenet etsin. Amin. Oz torpagi qalib gedib suriyaya guya ``qardaslarina`` komek edir. utanmaz utanmaz hele bir komek de isteyir. burda yasayanlar beyem musalman deyil oz vetenivi bele yaxsi qorudun indi gedirsen suriyaya. ele sizi suriyada qirib bitirseler yaxsidir belke bizim de canimiz qutarar vehabilerden
kavkaz turku 26 noyabr 2013 10:48  
gunel-sen duz deyirsen sen qadin ola ola bunlardan da qeyretlisen inan deyen ola bunlara bele vurub yixan gucun var gel oz torpaqinda vurush ermeninin bashini kesde gor nece bunlar dehshetdirlerki oz torpaqinin oz milletinin qeyretlerini chekmek evezine gedib vehshi medeniyyetsiz ereblerin qeyretini chekmeyi ozlerine borc bilirler halbuki qarabaq savashinda suriya,livan,misir erebleri ermenilere komek edirdiler suriya savashi islamin adini lekeleyir medeniyyetsizliyin axir noqtesidirgulmelidirki suriyada qoyun qurtarib ona gorede bir birlerivizin bashini qoyun kimi kesirsiz znachit iki vurushan terefler de qoyun kimi ozlerini gosterirler ayibdir
no name 14 iyun 2014 19:56  
Sen muselman olsa kimese lenet oxumazsan.ag gunel xanim.burada basa dusulur ki avamin ta kendisi sensen,,,,
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti