Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 350-ni keçib

20-08-2018, 12:51
Oxunub: 68
Güclü yağışlar nəticəsində başlayan daşqınlar 357 nəfərin ölümünə səbəb olub


Son 100 ilin ən güclü daşqınları Hindistanın Kerala ştatında baş verib.

Trend-in məlumatına görə, Hindistanda güclü yağışlar mayın 29-dan başlayıb və ən azı 2 gün daha davam edəcək.
 
Güclü yağışlar nəticəsində başlayan daşqınlar 357 nəfərin ölümünə səbəb olub. Yalnız son 11 gün ərzində 220 nəfər həlak olub.

Yerli hakimiyyətin məlumatına əsasən, daşqınların vurduğu zərər 3 milyard dollara yaxınlaşır. 680 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti