Ankarada ABŞ səfirliyinin binası atəşə tutulub

20-08-2018, 12:42
Oxunub: 67
Hadisə nəticəsində xəsarət alan olmayıb


ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub. 

Report CNNTürk-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-dan 20-nə kecən gecə baş verib. 

Naməlum avtomobildə olan şəxslər paytaxt Ankaranın Atatürk bulvarında yerləşən diplomatik nümayəndəliyin binasına atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçıblar. 

Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.  

Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti