Zərif ABŞ-ı dövlət çevrilişi hazırlamaqda ittiham edib

19-08-2018, 19:05
Oxunub: 208
"Növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı"


ABŞ 1953-cü ildə olduğu kimi ölkədə hakimiyyəti devirmək üçün İran üzrə hərəkət qrupu yaradıb.

Report RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik (Məhəmməd) Mosaddıq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi İran üzrə "hərəkət qrupu" təzyiq, yalan məlumat və demaqoqluq yolu ilə eyni şeyi etmək arzusundadır. Bu, bir daha olan deyil", - deyə nazir öz Twitter səhifəsində yazıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti