Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başladı

19-08-2018, 12:51
Oxunub: 137
Yarışın mükafat fondu 300 min dollar təşkil edir


Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb. 

Ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib. 

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq. 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti