Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını deyib

19-08-2018, 12:48
Oxunub: 88
Bu barədə Anadolu Agentliyi məlumat yayıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qara və Mərmərə dənizləri birləşdirəcək "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazırdır.

Report xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Bu, Türkiyə tarixində strateji əhəmiyyət kəsb edən ən mühüm layihədir. Biz onu həyata keçirməyə hazırıq", Ərdoğan bildirib. 

Onun sözlərinə görə, kanalın uzunluğu 43 km təşkil edəcək və onu ətrafında iki yeni şəhər salınacaq. Lakin Türkiyə prezidenti kanalın tikintisi ilə bağlı konkret müddət açıqlamayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti