Kofi Annanın ölümü ilə əlaqədar bir həftə matəm elan edilib

19-08-2018, 09:30
Oxunub: 48
BMT-nin sabiq baş katibi Kofi Annan həyatının 81-ci ilində dünyasını dəyişib


Qana prezidenti Nana Akufo-Addo BMT-nin sabiq baş katibi Kofi Annanın ölümü ilə əlaqədar ölkədə bir həftəlik matəm elan edib.

Trend-in məlumatına görə, bu barədə Qana prezidentinin saytında yerləşdirilən rəsmi bəyanatında bildirilir.
 
Bəyanatda deyilir: "Bütün Qana xalqı adından mən onun sevimli xanımı Mariya Neyneyə və onun sadiq uşaqları Ame, Koxe və Nineyə bu böyük itki ilə əlaqədar bizim səmimi başsağlığımızı bildirirəm. Bir həftə ərzində, avqustun 20-dən başlayaraq, ölkədə və diplomatik missiyalarda bütün bayraqlar endiriləcək".

Qeyd edək ki, BMT-nin sabiq baş katibi Kofi Annan həyatının 81-ci ilində dünyasını dəyişib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti