Beynəlxalq hüquq şirkəti TANAP üçün krediti dəstəkləyib
18-08-2018, 21:26
Oxunub: 119
Kreditdən Cənub Qaz Dəhlizi QSC istifadə edəcək
Norton Rose Fulbright beynəlxalq hüquq şirkəti Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti altında kreditorlar konsorsiumunun Transanadolu boru kəməri (TANAP) layihəsi üçün maliyyə ayrılması barədə qərarını dəstəkləyib.Trend-in məlumatına görə, zəmanətin dəyəri 1,1 milyard dollar təşkil edir, 15 il müddətinə təqdim olunur. Kreditdən Cənub Qaz Dəhlizi QSC istifadə edəcək.
Dünya Bankı Qrupuna daxil olan MIGA-nın zəmanəti Azərbaycan QSC-nin kredit üzrə ödəniş öhdəliyinə suveren zəmanəti yerinə yetirməyəcəyi təqdirdə müdafiəni təmin edəcək.
Kreditorlar konsorsiumu AKA Bank, Citi, Crédit Agricole CIB, ING, LBBW, Santander və Société Générale-dən ibarətdir.