Sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxsin məhkəmə qərarı açıqlanıb

18-08-2018, 17:08
Oxunub: 35
O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən saxlanılıb


Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu barədə Report-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, bu, N.Ağayevin törədiyi ilk hadisə deyil. O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.

Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibatı həbs olunanların saxlama məntəqəsinə göndərilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti