BMT-nin keçmiş baş katibi vəfat edib

18-08-2018, 14:10
Oxunub: 441
O, 80 yaşında dünyasını dəyişib


BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib.

Trend-in məlumatına görə, o, 80 yaşında dünyasını dəyişib.

K.Annan 1997-2006-cı illərdə təşkilatın baş katibi olub. Daha sonra isə BMT-nin Suriyada xüsusi səfiri təyin edilib.

2001-ci ildə humanitar xidmətlərinə görə Nobel sülh mükafatı alan Annan Afrikanın qaradərili əhalisinin BMT-də ilk yüksək səviyyəli təmsilçisi idi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti