Dövlət Gömrük Komitəsi bayram günü də işləyəcək

18-08-2018, 14:06
Oxunub: 57
Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib


Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində avqustun 22-23-ü qeyri-iş günləri olmasına baxmayaraq, avqustun 23-də Dövlət Gömrük Komitəsinin (DGK) bir sıra idarələri işləyəcək. 

Bu barədə Etatist.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bayram günü DGK-nın Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günü fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti