Genuyada ölənlərin sayı 41-ə çatıb

18-08-2018, 13:39
Oxunub: 34
Faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub


Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları - olan avtomobil tapılıb.

Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.

Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.

Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti