"Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib"

18-08-2018, 13:33
Oxunub: 104
Bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib


Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.

Report Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb. 

Belə ki, Fitch Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər. 

Həmçinin, Fitch Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir. 

Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti