Yerevan Şəhər Şurası seçkilərinin vaxtı açıqlandı

18-08-2018, 12:48
Oxunub: 91
Yerevanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib


Növbədənkənar Yerevan Ağsaqqallar Şurası (Şəhər Şurası) seçkiləri sentyabrın 23-də keçiriləcək.

Trend-in məlumatına görə, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan deyib.

Avqustun 16-də Ermənistan hakimiyyəti Yerevan Şəhər Şurasının buraxılması haqqında qərar qəbul edib. Buna səbəb şuranın paytaxtın yeni merini seçə bilməməsi olub.

A.Smbatyanın sözlərinə görə, partiyalar seçkilərdə iştirak etmək üçün sənədləri avqustun 29-u təqdim etməlidirlər, son qeydiyyat müddəti 3 sentyabrdır. Seçkiqabağı kampaniya isə sentyabrın 10-dan başlayacaq.

"Yerevan şəhərində yerli özünüidarəetmə haqqında" qanuna əsasən, paytaxt merini Ağsaqqallar Şurası seçir. Şuranın üzvləri 65 nəfərdən ibarət olur və ümumşəhər seçkiləri əsasən partiya prinsipi üzrə formalaşır. Əgər seçkilərin yekunu üzrə partiyalardan biri yerlərin 50 faizindən çoxunu əldə edərsə, o zaman siyahıya rəhbərlik edən partiyanın namizədi Yerevanın seçilmiş meri hesab olunur.

Şəhər meri postuna baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından komediya aktyoru Ayk Marutyanın namizədliyi irəli sürüləcək. İkinci namizəd isə "Tsarukyan" parlament fraksiyasından deputat Naira Zoqrabyandır.

Xatırladaq ki, Yerevanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Daha əvvəl paytaxtda onun istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti