Şəhriyar Məmmədyarov superturnirdə iştirak edəcək

18-08-2018, 12:20
Oxunub: 49
Qalib 75 min dollar qazanacaq


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov avqustun 19-da ABŞ-ın Sent-Luis şəhərində start götürəcək Sinkfild Kuboku superturnirində iştirak edəcək.

Report xəbər verir ki, yarışda 33 yaşlı qrossmeysterlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti