Dövlət Xarkov və Odessada ticarət evləri açacaq

18-08-2018, 09:00
Oxunub: 43
Mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika və digər məhsullar olacaq


Azərbaycan Xarkov və Odessada ticarət evləri açmağı planlaşdırır. Trend-ə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.

22 iyunda Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukraynanın Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.

Ticarət evlərində "Made in Azerbaijan" brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar olacaq.


Son vaxtlar Azərbaycan Made in Azerbaijan brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Riqada (Latviya, Minskdə (Belarus) ticarət evləri açılıb. Azərbaycan şərab evinin Şanxayda (Çin) açılması da nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti