Tramp Vaşinqton rəhbərliyini ittiham edib

18-08-2018, 08:30
Oxunub: 31
Bu barədə öz Twitter səhifəsində yazıb


ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Vaşinqtonda keçirilməli olan hərbi paradın təxirə salınmasının səbəbini açıqlayıb.

Report xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.

"Böyük təntənəli hərbi paradın keçirilməsi xərcləri ilə bağlı onlara (Vaşinqton rəhbərliyi – red.) ünvanlanan suala cavab olaraq ortaya elə yüksək məbləğ qoydular ki, mən onu ləğv etdim", - deyə Tramp yazıb.

Prezidentin fikrincə, yerli administrasiya paradın keçirilməsi xərclərini qəsdən qaldırıb.

Şəhər meri Müriel Bouzer prezidentin dediklərinə cavab olaraq bildirib ki, tədbirin təşkili büdcəyə 21,6 milyon dollara başa gələrdi ki, bu da KİV-də səsləndirilən rəqəmdən 4 dəfə azdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti