Filippin Rusiyadan hərbi gəmilər almağı düşünür

17-08-2018, 22:27
Oxunub: 64
Filippin hökuməti Moskvanın təklif etdiyi şərtləri digər ölkələrlə müqayisə edir


Filippin Rusiyadan hərbi gəmilərin alınması imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə Filippinin Rusiyadakı səfiri Karlos Soretta açıqlama verib.

K.Soretta bildirib ki, Filippin hökuməti Moskvanın təklif etdiyi şərtləri digər ölkələrlə müqayisə edir.

 
Səfir əlavə edib ki, Rusiya digər ölkələrdən fərqli olaraq silah və ya hərbi texnika satışı zamanı heç bir siyasi şərt irəli sürmür.

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya ilə Filippin arasında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişinə əsasən Rusiya bu ölkəyə qumbaraatanlar tədarük edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti