Bakmil stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək

17-08-2018, 22:18
Oxunub: 67
Sərnişinlər Bakmil stansiyasına hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər


 "Bakı Metropoliteni" QSC-nin Bakmil stansiyası qarşıdakı istirahət günlərində (avqustun 18-19-da) adi qaydada işləyəcək. 

Bu barədə Etatist.com-a qurumdan bildirilib. 

Məlumata görə, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.

Sərnişinlər Bakmil stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı avqust ayının 8-dən saat 8:20-dən 17:00-a qədər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 20-dən tətbiq ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti