Yasin Quliyev:"Meksikaya getməmək qərarım bir etiraz idi..." - MÜSAHİBƏ

17-08-2018, 17:30
Oxunub: 4694
"Dərslərimlə, robotexnika və proqramlaşdırma ilə bağlı biliklərimi inkişaf etdirəcəm"


Son günlərin, belə demək mümkünsə, ən önəmli hadisələrindən biri “Məktəblilərarası II Robot Olimpiadası”nın qalibi və Meksikada keçiriləcək “First Global Robot” texniki yarışına dəvət alan Yasin Quliyevin uğurudur. Yasin Meksikadakı yarışda iştirak etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib maddi dəstək istəyib. Lakin nazirlikdən verilən cavabda bildirilib ki, iştirakla bağlı maddi vəsaitin ayrılması nazirliyin imkanları xaricindədir. Elə gündəmə düşən məsələ də bu oldu. Hamı gənc mühəndisin uğurundan danışarkən, nazirlikdən belə cavab gəlməsi insanları təəssüfləndirdi. İndi hər kəs Yasindən danışır. O, Meksikaya gedə bilməsə də, bütün hər kəsin Yasindən və onun uğurundan xəbəri oldu.

Mən də qərar verdim ki, Yasinlə həmsöhbət olum. Söhbətimiz zamanı gördüm ki, bütün bu olanlar onu ruhdan salmayıb. O, yenə də yaratmaq və inkişaf eləmək həvəsindədir.

Etatist.com Yasin Quliyevlə müsahibəni təqdim edir:

- Meksikadakı yarışda Azәrbaycanın da adını tәmsil edәcәksiniz. Amma elә buradakı sәbәblәrә görә gedә bilmirsiniz... Əlbәttә, çox tәәssüflәndirici haldır. Nә demәk istәrdiniz bu barәdә?

- Bu səbəblərin heç biri mənim vətənimə və bayrağıma olan sevgimə zərər gətirmir. Mənim Meksikaya getməmə səbəbim bir etiraz idi və bu etiraz tək mənim üçün deyil, yüksək təhsilə malik olan minlərlə şagirdin səsi idi. Bəzi insanların etinasız və diqqətsiz olması o demək deyil ki, mən vətənimi sevmirəm. Mənim vətənimə və dövlətimə bağlılığımın həddi hüdudu yoxdur. Meksikaya gedən dostlarımızın da uğurla dönəcəyinə inanıram.

- Başqa nazirliklәrә dә müraciәt etmişdiniz? Mәsәlәn, Gәnclәr vә İdman Nazirliyi, Tәhsil nazirliyi...

- Xeyr, sadəcə RYTN. Oxuduğumuz lisey Təhsil Nazirliyi ilə əlaqə saxlamışdı, amma cavab almamışıq.

- Siz hәm dә sayt yaratmısınız, youtube kanalı işlәdirsiniz. Bir az da öz fәaliyyәtiniz haqqında danışaq.

- Əvvəllər keyofcode.com adlı texnologiya xəbər portalını yaratmışdım. O zamanlar müəyyən bir kütləyə sahib idim. Sadəcə imtahan ərəfələri olduğu üçün bir zamanlıq ara verdim. Hal-hazırda bağlamışam. Bundan əlavə yasinugur.net adlı öz şəxsi səhifəm var. Həmin saytı hal-hazırda yeni dizayn və yeni görkəmdə hazırlayıb yenidən aktivləşdirəcəm.

Bir youtube kanalım var boş zamanlarımda müəyyən mövzularda videolar hazırlayıram. Əvvəl də qeyd etdiyim kimi vaxtım az olduğundan çox nəzər yetirə bilmirəm.

- Bundan sonra nә etmәk istәyirsiniz?

- Dərslərimlə, robotexnika və proqramlaşdırma ilə bağlı biliklərimi inkişaf etdirəcəm.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Valid Məhərrəmov 22 avqust 2018 15:27  

Yasin Sən Meksikada yarışa gedə bilməsən də mən səni qalib hesab edirəm. Sənin istedadına mən bələdəm . Gələcəkdə bir çox uğurlarının şahidi olarıq

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti