İtaliyada faciə ilə əlaqədar matəm elan edilib

17-08-2018, 19:30
Oxunub: 33
Prezident və baş nazirin iştirakı ilə dəfn mərasimi sabah Genuyada keçiriləcək


İtaliyanın Genuya şəhərində körpünün çökməsi nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədilə sabah axşam paytaxt Romanın əsas görməli yerlərindən olan Kolizeydə işıqlar söndürüləcək.

Report RİA Novosti-yə istinadən xəbər verir ki, İtaliyada baş verən faciə ilə əlaqədar milli matəm elan edilib.

Prezident və baş nazirin iştirakı ilə dəfn mərasimi sabah Genuyada keçiriləcək.

Xatırladaq ki, daha əvvəl İtaliya baş naziri Cüzeppe Konte faciə nəticəsində 38 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını söyləyib. 10 nəfər itkin düşmüş sayılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti