Özbəkistan və Tacikistan arasında saziş imzalandı

17-08-2018, 17:07
Oxunub: 33
Tacikistan prezidenti 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib


Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon Daşkənddə ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə Report TASS-a istinadən xəbər verir.

E.Rəhmon sazişin iki ölkə arasındakı əlaqələrdə əsas və baza sənədi olacağını bildirib. Ş.Mirziyoyev isə, öz növbəsində, rəsmi Daşkəndin iki ölkənin xalqları arasında sarsılmaz dostluq körpüsünün tam gücləndirilməsi üçün hər cür səyləri göstərməyə davam edəcəyini açıqlayıb.

Xatırladaq ki, Tacikistan prezidenti E.Rəhmon özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib. Bu ilin yazında isə Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistana dövlət səfəri edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti