Rusiya ABŞ-a etiraz notası göndərib

17-08-2018, 15:43
Oxunub: 66
"Rusiya XİN müvafiq notanı göndərərək ABŞ Dövlət Departamentinə qətiyyətli etirazını bildirib"


 Rusiyanın diplomatik nümayəndəliklərinin beynəlxalq hüququnun pozulması ilə əlaqədar rəsmi Moskva ABŞ-a etiraz notası göndərib.

Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının beynəlxalq hüquq normaları kobud şəkildə pozulduğuna görə, Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə müvafiq notanı göndərərək ABŞ Dövlət Departamentinə qətiyyətli etirazını bildirib", - Rusiya XİN-in saytında yazılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti