Rusiya və Türkiyə prezidentləri Tehran sammitində ayrıca görüşəcək

17-08-2018, 11:47
Oxunub: 29
"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ayrıca danışıqlar baş tutacaq"


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın əvvəlində Tehranda ayrıca görüş keçirə bilər.

Report xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən "İzvestiya" nəşri yazıb.

"Sentyabrda Tehranda keçiriləcək Rusiya, Türkiyə və İran sammiti çərçivəsində prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ayrıca danışıqlar baş tutacaq", - deyə nəşr Peskovun sözlərini sitat gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti