Türkiyədə bir neçə şirkət "iPhone" sifarişindən imtina edib

17-08-2018, 11:31
Oxunub: 56
Telefonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi


İri Türkiyə şirkətləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra "Apple" firmasından smartfon alışını dayandırıblar.

Report "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin iri ticarət meydançalarından biri olan "Dogubank" təqribən 50 milyon dollar dəyərində "iPhone" sifarişindən imtina edib.

Telefonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi.

Bir neçə başqa İstanbul firması və bazarı da sözügedən telefonların alışından imtina edib. Bundan əlavə, riteylerlər telefonla yanaşı Amerika istehsalı olan bütün elekronika məhsullarının tədarükünü dayandırırlar.

ABŞ-dan elektron məhsul alışının boykot edilməsi Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq tətbiq edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti