ABŞ-da hərbi parad təxirə salınıb

17-08-2018, 11:27
Oxunub: 57
Amerika hökuməti hərbi paradı I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə keçirmək qərarına gəlib


ABŞ-ın Müdafiə Nazirliyi ölkə prezidenti Donald Trampın noyabr ayında təşkil etmək istədiyi hərbi paradı 2019-cü ilə qədər təxirə salmaq qərarına gəlib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Amerika hökuməti hərbi paradı I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə keçirmək qərarına gəlib. Bəzi məlumatlara görə, parad Vaşinqtona 92 milyon dollara başa gələ bilər.

"Biz əvvəlcə bunu noyabrın 10-da keçirməyi planlaşdırırdıq, lakin indi 2019-cu ildə nəzərdən keçirmək qərarına gəldik", — deyə Pentaqon rəsmisi Robert Menninq bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti