İraq HHQ İŞİD-in qərargahına zərbə endirib

17-08-2018, 10:53
Oxunub: 28
"Hava zərbələrinin hədəfi İŞİD terror qruplaşmasının operativ qərargahı olub"


İraq HHQ İŞİD terror qruplaşmasının Suriya ərazisində yerləşən operativ qərargahını məhv edib.

Trend-in məlumatına görə, bu barədə İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "İraq HHQ-nin "F-16" qırıcıları baş nazir Heydər əl-Abadinin əmri ilə Suriya ərazisində hava əməliyyatı həyata keçiriblər. Hava zərbələrinin hədəfi İŞİD terror qruplaşmasının operativ qərargahı olub. Qərargah məhv edilib".

Məlumata əsasən, hava zərbələri zamanı məhv edilən terrorçular yaxın günlərdə İraq ərazisində terror aktları planlaşdırırmışlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti